Putin 80 min səfərbər olunan şəxsin artıq Ukraynada olduğunu açıqlayıb

07
noy
2022
19:19
Hazırda Ukraynada münaqişə bölgəsində 80 minə yaxın səfərbər edilmiş Rusiya vətəndaşı var, onlardan 50 mini döyüş əməliyyatlarında iştirak edir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinə səfəri zamanı regionun qubernatoru İqor Rudenya ilə görüşündə deyib.
“Hazırda bizim 50 minimiz döyüş bölmələrindədirlər. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin ərazidə (münaqişə zonasında – red.) 80 minə qədər insan var. Qalanların hamısı təlim poliqonlarındadır”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...
