SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə VI sammitdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərə gedib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, prezidenti Ankaranın Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və başqa rəsmi şəxslər yola salıb.

Səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu, MİT rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir, Baş nazir Fahrettin Altun və Prezident sözçüsü İbrahim Kalın müşaiyət edir.

Məlumata görə, Türkiyə lideri Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevlə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV Toplantısında iştirak edəcək.

Prezident Ərdoğan, Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev və müvafiq nazirlərin iştirakı ilə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV Toplantısında Türkiyə-Qazaxıstan münasibətləri bütün aspektlər və əlaqələrin dərinləşdirilməsi imkanları ilə nəzərdən keçiriləcək. Genişləndirilmiş Strateji Tərəfdaşlıq müzakirə olunacaq. 

Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

R.T.Ərdoğan Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. İki ölkə liderləri Ukraynadakı durumu müzakirə edəcəklər. Eyni zamanda, Moskva ilə Qərb arasında mümkün dialoq barədə fikir mübadiləsi aparacaqlar.

BAKU.WS