Lukaşenko: "Ukraynadakı hərbi əməliyyatlarda iştirak edirik"

Lukaşenko: Ukraynadakı hərbi əməliyyatlarda iştirak edirik
Siyasət 110

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini etiraf edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Lukaşenko çərşənbə axşamı Müdafiə Nazirliyində keçirilən iclasda bildirib.

"Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Onların vəzifəsi Polşa, Litva və Latviya zərbələrindən qorumaq və münaqişənin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır. Biz öhdəliklərimizi pozmuruq", - deyə lider qeyd edib.

Son xəbərlər