SİZİN REKLAM BURADA!
055 213 76 73


Britaniya kraliçası II Elizabetin ölümündən sonra taxtın ilk varisi olan oğlu Çarlz rəsmən İngiltərənin yeni kralı elan edildi.

BAKU.WS xəbər verir ki, Müqəddəs Ceyms sarayında keçirilən mərasimdə III Çarlzın oğlu Şahzadə Vilyam da iştirak edib.

Bundan əlavə ənənəyə uyğun olaraq, London Qalasından 62 top atəşi açılacaq. Təxminən bir saat davam edəcək mərasimin ardından III Çarlzın müraciəti sarayın eyvanından oxunacaq.

Bayraqlar 26 saat ərzində yenidən qaldırılacaq, ardınca isə təkrar yarıya endiriləcək.

Qeyd edək ki, yeni Kral III Çarlz baş nazir Liz Trass və onun kabinet üzvləri ilə görüşəcək.

BAKU.WS