SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko sosial şəbəkə istifadəçilərinə qızının London Universitet Kollecində təhsili üçün vəsait toplamaq xahişi ilə müraciət edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, onun sözlərinə görə, qızı ailəsi ilə bir neçə ay Kanberrada keçirib və indi London Universitet Kollecində təhsil almaq üçün Londona gedir.

“Dostlar, lütfən, bizə qoşulun və onun Londondakı ilk ili üçün vəsait toplamaqda kömək edin”.

Diplomatın qızına təhsilinin ilk ili üçün 30 min funt sterlinq (36 400 dollar - Red) lazımdır. Bu günə qədər bu məbləğin 3 000 funt sterlinqi toplanıb.

BAKU.WS