SİZİN REKLAM BURADA!
055 213 76 73


Monteneqronun Çetinye şəhərində baş verən atışma nəticəsində 11 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə yerli televiziya hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirildiyinə görə, faciəyə səbəb ailə münaqişəsi olub. Bundan sonra qatil təsadüfi yoldan keçənlərə və polisə atəş açıb. O, atışma zamanı öldürülüb.

***

21.38

Monteneqronun Çetinye şəhərində naməlum şəxsin atəş açıb. Nəticədə bir neçə nəfər ölüb. Ölənlər arasında uşaqlar da var.

Bildirildiyinə görə, qatil şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib. Həmçinin zərərçəkənlərin yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs özü də ölüb. Onun polis tərəfindən öldürüldüyü, ya intihar etdiyi barədə açıqlama verilmir.

Hazırda ölən və yaralananların sayı dəqiq məlum deyil.

BAKU.WS
VİDEO