Rusiya aviahücumların sayını iki dəfə artırıb - Ukrayna Baş qərargahı

Ötən həftə ilə müqayisədə Rusiya hava hücumlarının sayını iki dəfə artırıb.
BAKU.WS "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov məlumat verib.
"Ötən həftə ilə müqayisədə düşmən müdafiə qüvvələrinin mövqelərinə aviazərbələrin sayını iki dəfə artırıb. Eyni zamanda, onlar Ukrayna Silahlı Qüvvələrinin məhvetmə zonasına daxil olmurlar. İşğalçıların bu cür hərəkətləri Ukrayna müdafiəçilərini qorxutmaq və mənəviyyatını sarsıtmaq məqsədi güdür", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Kiyevdə diversantlar saxlanıldı
“Bu yaxınlarda Kiyevdə diversiya qruipu saxlanılıb. Rusiya agenturası hələ də Ukraynada fəaliyyət göstərir”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ukray...
