SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Konqres üzvləri onun Tayvana səfərinə Çinin reaksiyasından qorxmurlar.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin özünü “qorxmuş xuliqan” kimi aparır.

“Düşünürəm ki, o, həssas vəziyyətdədir. O, qorxmuş xuliqan kimi davranır”, - Pelosi bildirib.

BAKU.WS "oxu.az-a istinadən xəbər verir ki, spikerin sözlərini “Bloomberg” yayıb.

Həmçinin, MSNBC telekanalının “Morning Joe” verilişində Pelosi ABŞ-ın Tayvanın təcrid edilməsinə ortaq olmayacağını bəyan edib.

Qeyd edək ki, Pelosinin avqustun 2-də adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşib. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib.

BAKU.WS