SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusunun 3 gündür Qəzzada davam edən aviahücumlarına bu gün son qoyulacaq.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Məlumata görə, fələstinli rəsmilər atəşkəsin bu gün saat 20:00-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, İsrail cümə axşamı Qəzzadakı "İslami Cihad" hərəkatının hücum planı hazırladığını iddia edərək Qəzzaya hava hücumlarına başlayıb. Avqustun 5-dən başlayan hücumlar nəticəsində 6-sı uşaq, 2-si qadın olmaqla 32 nəfər həyatını itirib, 275 nəfər yaralanıb.

BAKU.WS