VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni İlhan İrem vəfat edib.

BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət idi, xəstəxanada dializ müalicəsi alırdı. Lakin böyrək çatışmazlığından əziyyət çəkən müğənninin həyatını xilas etmək mümkün olmayıb. O, 67 yaşında dünyasını dəyişib. 

İlhan İrem 1955-ci ilin aprelində Bursada doğulub. O, musiqi karyerasına 1969-cu ildə orta məktəbin son kursunda oxuyarkən məktəb orkestrinin solisti olaraq başlayıb. 

İrem 45 albomunu öz vəsaiti ilə çıxarıb. O, 1984-cü ildə Bolqarıstanda keçirilən "Qızıl Orfe" mahnı yarışmasında Türkiyəni təmsil edib və Jurnalistlərin Xüsusi Mükafatını qazanıb.

BAKU.WS