SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.

BAKU.WS BBC-yə istindla xəbər verir ki, o, Nyu-Yorkdakı evində pilləkənin yanında huşsuz vəziyyətdə tapılıb və onun yıxılmış ola biləcəyi güman edilir.

"İvana Tramp Nyu Yorkdakı evində dünyasını dəyişib. O, gözəl və ruhlandırıcı bir həyat yaşayan gözəl və inanılmaz bir qadın idi", - deyə D.Tramp öz "Truth Social" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Onların Kiçik Donald, İvanka və Erik Tramp adlı 3 övladı var.

BAKU.WS