SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyanın silahlı hücuma məruz qalan sabiq Baş naziri Sindzo Abe vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.

***08:23

Yaponiyanın sabiq baş naziri Sindzo Abe iştirak etdiyi tədbirlərin birində silahlı hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, hadisə Nara şəhərində qeydə alınıb.

Naməlum şəxs Sindzo Abe çıxış edərkən ona iki atəş açıb.

Sabiq baş nazir qarın nahiyəsindən güllə yarası alıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

BAKU.WS
QALEREYA