SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının İranda saxlanılması xəbəri ilə bağlı bəyanat yayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa XİN-in sözçüsü Lukasz Jasina bildirib.

XİN Polşa vətəndaşının 2021-ci ilin sentyabrında İranda nəzarətə götürüldüyünü təsdiqləyib:

“Konsulluq xidmətləri Polşa vətəndaşı və onun ailəsi ilə əlaqə saxlayıb, saxlanılan şəxsə hüquqi yardım göstərilib. Onun Polşaya tez bir zamanda qayıtması üçün konsulluq və diplomatik addımlar atılıb. Biz müttəfiq dövlətlərlə də sonrakı addımlarımızı əlaqələndirmişik. Yüksək nüfuza malik olan həmin professorun maraqlarını nəzərə alaraq, XİN məsələnin təfərrüatlarını açıqlamayacaq və biz onun və qohumlarının şəxsi həyatına hörmət edilməsini xahiş edirik”.

Xatırladaq ki, İran mediası bir neçə xarici ölkə vətəndaşının casusluq ittihamı ilə saxlanıldığını bildirib.

Qeyd olunub ki, bu şəxslər qadağan olunmuş ərazilərdə torpaq nümunələrinin götürülməsi kimi casusluq hərəkətlərinə görə saxlanılıb. Media bu insidentin nə zaman baş verməsi barədə məlumat verməyib.

BAKU.WS