SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünən Ankaraya gələrək Beştəpədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

BAKU.WS xəbər verir ki, Camal Qaşıqçının qətlindən sonra ilk dəfə Türkiyəyə gedən bin Salmanla Ərdoğan arasında baş tutan iki saatlıq görüşün pərdəarxası təfərrüatları üzə çıxıb.

Görüş zamanı Türkiyəyə qarşı ixrac embarqosunun ləğvi, iki ölkə arasında SVOP müqaviləsinin imzalanması və Türkiyəyə iqtisadi investisiyaların artırılması kimi qərarlar qəbul edilib.

Qeyd edək ki, 2018-ci ildə jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsindən sonra iki ölkə arasında münasibətlər pozulmuşdu.

Əli İsmayıl
BAKU.WS