SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib.

Bunu İranın Cənubi Xorasan vilayətinin Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.

Ə.Rəhiminin sözlərinə görə, yerli vaxtla saat 05:30 radələrində Təbəs rayonu ərazisində qəzaya uğrayan Məşhəd-Yəzd qatarının 420 sərnişini olub.

Rəhimi əlavə edib ki, hadisə nəticəsində indiyədək 50 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İranlı qubernator hadisənin sərnişin qatarının ekskavatorla toqquşması nəticəsində baş verdiyini deyib.

BAKU.WS
QALEREYA