SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyada Milan-Salerno marşrutu ilə hərəkət edən qatar relsdən çıxaraq qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 27 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb. Həlak olanlar qatarın maşinistləridir.

İtaliya Mülki Müdafiə Departamentinin xəbərinə görə, qəzanın səbəbləri məlum deyil. Relsdən çıxan qatar kənardakı sahibsiz evə dəyib və vaqonlardan biri aşıb. Mütəxəssislərin fikrincə, fəsadlar daha ağır ola bilərmiş, yaxşı ki yenicə tərpənən qatar lazımi sürəti yığmağa macal tapmayıb.

Hazırda ərazidə qəza mütəxəssisləri çalışır. İtaliyanın infrastruktur və nəqliyyat naziri Paola de Mikeli hadisə yerinə gəlib.

BAKU.WS