SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda İrəvan-Meğri avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 hərbçi yaralanıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.

Bildirilib ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan “KamAZ” yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

BAKU.WS