SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan ordusuna məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə Vayots Dzor vilayətinin (Dərələyəz mahalı) ərazisində qeydə alınıb.

Qeyd olunur ki, Serob Akopyanın idarə etdiyi “Ural” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir.

Hadisə yerinə hərbi polis qurumunun əməkdaşları cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

BAKU.WS
QALEREYA