Bağdadda güclü partlayış: Dağıntılar altında qalanlar var

29
may
2022
14:00
İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "As-Sumaria" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış insident nəticəsində restoranın binası uçub.
İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.
INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.
Oxşar xəbərlər
Batumi şəhərində binanın uçması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB-2, ANBAAN VİDEO
Gürcüstanın Batumi şəhərində yaşayış binasının çəkməsi nəticəsində dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Beləliklə binanın çökməsi nəticəsində...