"Meymun çiçəyi" xəstəliyinə İngiltərə, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Kanada və ABŞ-dan sonra Belçikada da rast gəlinib.

BAKU.WS xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Antverpendə nümunələri götürülən bir şəxsin "Meymun çiçəyi" virusuna yoluxduğu müəyyən edilib.

Antverpen Tropik Tibb İnstitutunun rəsmisi İzabel Brosius VRT-yə açıqlamasında deyib ki, Afrikada geniş yayılmış virus ilk dəfə Belçikada da aşkarlanıb. Antverpendəki instituta müraciət edən şəxsdən nümunələr Hollandiyadakı tədqiqat laboratoriyasına da göndərilib. Araşdırmalarda bu şəxsin "Meymun çiçəyi" virusuna yoluxduğu təsdiqlənib.

Belçikalı xəstə karantinə götürülüb. Oxşar əlamətlər virusa yoluxmuş şəxsin həyat yoldaşında da aşkarlanıb.

"Meymun çiçəyi" virusu ölümcüldürmü?

"Meymun çiçəyi" virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi ilə irsi xəstəlikdir. Onun simptomları çiçək xəstəliyinə bənzəyir.

"Meymun çiçəyi" virusuna yoluxmuş şəxslərdə qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.

Lakin mütəxəssislərin fikrincə, meymun çiçəyi virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən qat-qat az təhlükəlidir. "Meymun çiçəyi" virusuna yoluxanlarda xəstəlik bir neçə həftə ərzində öz-özünə yox olur.

Rəsmi məlumatlara görə, hazırda Böyük Britaniyada 9, Portuqaliyada 14, İspaniyada 7, ABŞ-da və İsveçdə 1 nəfərdə xəstəliyə yoluxma faktı təsdiqlənib.

BAKU.WS