15 yaş kiçik sevgilisi ilə görüntülənən Çağla: "Onda mənim 60 yaşım olmalıdır"
13
yan
2025
11:45
Məşhur model Çağla Şıkel yeni sevgilisi ilə görüntülənib.
BAKU.WS xəbər verir ki, o eşq yaşadığı bəylə Kuruçeşmedə restorandan çıxarkən görüntülənib.
İddialara görə, modelin yeni sevgilisi özündən 10-15 yaş kiçikdir.
Cütlük jurnalistləri görən kimi məkana gəldiyi avtomobilə minərək ərazidən uzaqlaşıb.
Çağla mətbuatda yazılan iddialarla bağlı açıqlama verib.
O sosial şəbəkə hesabında "Heç bir halda araşdırmadan soruşmadan 15 yaş kiçik sevgilisi yazmaq asan deyilmi? Əgər 15 yaş kiçikdirsə, onda mənim 60 yaşım olmalıdır" - deyə, qeyd edib.
Oxşar xəbərlər
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda görüşərək regiondakı son vəziyyət və iki ölkə arasındakı münasibətləri müzakirə...