SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin paytaxtı Təl-Əvivdə silahlı şəxs Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən İlka barında oturan insanlara atəş açıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, terror aktı nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yerli mətbuat yazır ki, atəş açanların sayı bir neçə nəfər olub. Hazırda polis və ordu qüvvələri atışmanın baş verdiyi Dizenqof küçəsində axtarış aparır.

Qeyd edək ki, İsrail polisi hadisəni törətdiyi iddia edilən şəxsin fotosunu yayıb və onun axtarışında vətəndaşlardan kömək istəyib.

BAKU.WS