Avropa İttifaqı Rusiya qazından bu tarixdə imtina edəcək

Aİ diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə biləcəklər.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, o, bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
Avropalı siyasətçinin sözlərinə görə, Aİ qaz tədarükü üçün müxtəlif mənbələrdən istifadə etməyi planlaşdırır.
“Biz Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmağa çalışırıq, onlara qadağa qoymuruq”, - deyə Borrell əlavə edib.
Qeyd edək ki, Rusiya Avropaya ən böyük qaz ixracatçısıdır və regionda istehlak edilən qazın təxminən 40%-ni bir neçə marşrutla təmin edir.
Oxşar xəbərlər
Aİ Ukraynanı öz enerji şəbəkəsinə qoşur
Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Br...
