SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı iş adamı Roman Abramoviç Ukrayna prezidenti Volodimir Zelenskinin tələbi ilə ABŞ-ın sanksiyalarına məruz qalmayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

2022-ci il martın əvvəlində ABŞ Maliyyə Nazirliyində Roman Abramoviçə qarşı sanksiyalar paketi hazırlanıb. Lakin biznesmen Aİ-nin sanksiya siyahısında olsa da, ABŞ tərəfindən ona qarşı sanksiyalar açıqlanmayıb.

Məlumata görə, Abramoviçə qarşı sanksiyalardan çəkinmək göstərişi Ağ Evin Milli Təhlükəsizlik Şurasından gəlib. Nəşrin xəbərinə görə, buna səbəb Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Ukrayna dövlət başçısı amerikalı həmkarından Abramoviçə qarşı sanksiyaları dayandırmağı xahiş edib. O bildirib ki, iş adamı Rusiya ilə danışıqlarda vasitəçi kimi faydalı ola bilər.

BAKU.WS