SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatları Polşanın ABŞ-dan F-16 qırıcılarını alması müqabilində Ukraynaya sovet istehsalı təyyarələri verə biləcəyi müqaviləni araşdırır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvləri ilə əlaqə saxlayıb və bu zaman o, Ukraynaya hərbi yardım, xüsusən də ukraynalı pilotların idarə edə bildiyi Rusiya istehsalı olan qırıcı təyyarələrin alınmasında yardıma çağırıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Senatda azlıqların lideri Mitç Makonnell Zelenskidən ən çox nəyə ehtiyacı olduğunu soruşub, Zelenski isə ona döyüş təyyarələrinə ehtiyacı olduğunu deyib.

Zelenski Ukrayna üzərində uçuşa qadağa zonası yaradılmasından da söz açıb: “Əgər bunu edə bilmirsinizsə, heç olmasa mənə təyyarələr gətirin”.

BAKU.WS