Kreml: "Rusiya diplomatlarının Polşadan qovulması cavabsız qalmayacaq"

Kreml: Rusiya diplomatlarının Polşadan qovulması cavabsız qalmayacaq
Siyasət 117

"Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq".

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz KİV-də belə xəbərləri görmüşük və eşitmişik. Əgər bu xəbərlər doğrudursa, bu, necə deyərlər, münasibətlərimizin bütün sahələrində sərbəst enişin davamıdır. Təbii ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib.

Son xəbərlər