SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı milyader və iş adamı Roman Abramoviç yeni xəbərlə bütün diqqətləri üzərinə çəkib.

BAKU.WS xəbər verir ki, Böyük Britaniya hökümətinin əl qoyduğu "Çelsi" klubunun sahibinin "My Solaris" adlı yaxtası Türkiyənin Egey dənizi sahillərində görünüb.

İş adamının 430 milyon funt-sterlinq dəyərindəki su nəqliyyat vasitəsi Bodrum Dəniz Limanına yan alıb. 139 metr uzunluğu və 26 metr eni olan lüks yaxta 11 min 250-ə yaxın sərnişin tutumuna malikdir. 

Gəminin göyərtəsində helikopter üçün nəzərdə tutulan eniş zolağı da var. 48 otağı və 8 göyərtəsi olan yaxtada Abramoviçin olub-olmadığı məlum deyil.

BAKU.WS
QALEREYA