VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kateri, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ukraynaya hərbi müdaxiləsinin 23-cü günüdür.

BAKU.WS