SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən sutka ərzində Rusiya aviasiyası və hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 16 hərbi təyyarəni, o cümlədən 13 pilotsuz uçuş aparatını vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib:

“Ümumilikdə, son sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri 16 hava hədəfini vurub. Ukrayna Hərbi Hava Qüvvələrinin bir "Su-24" və "Su-25" təyyarəsi, bir "Mi-8" helikopteri və altısı “Bayraktar TB-2” olmaqla, on üç pilotsuz uçuş aparatını vurub.

Bundan əlavə, Ukraynanın 136 hərbi obyektini, o cümlədən yeddi komanda-idarəetmə mərkəzi və rabitə mərkəzini, dörd zenit-raket kompleksini, üç reaktiv yaylım atəşi sistemini, kəşfiyyat üçün dörd radar stansiyasını, "S-300" zenit-raket kompleksini, bir elektron döyüş stansiyası, dörd silah-sursat anbarı və 72 hərbi texnikasını sıradan çıxarıb".

BAKU.WS