SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukraynanın qərbli sponsorlarının münaqişədə iştirak üçün muzdlu toplamasını gizlətmədiyini bildirib.

“Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər – “onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər", - deyə Rusiya prezidenti vurğulayıb.

Görüşdə Ukraynada keçirilən hərbi əməliyyatlarla bağlı hazırkı vəziyyət müzakirə olunub.

Rusiya müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. O, Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib.

BAKU.WS