SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

BAKU.WS-in UNİAN-a istinadla məlumatına görə, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - deyə Jivitski bildirib.

BAKU.WS