SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynadakı müharibə zamanı (24, 25, 26, 27, 28 fevral tarixlərində) Rusiyanın 29 təyyarəsi, 29 helikopteri, 191 tankı vurulub. 

BAKU.WS xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri müavini Qanna Malyar Rusiyanın verdiyi itkilər barədə danışarkən deyib. 

O bildirib ki, həmçinin 5300 hərbçi (təxmini), 816 zirehli döyüş maşını, 74 topu, 1 “Buk” ZRK-sı, 291 hərbi avtomobili, 60 tanker, 2 gəmi məhv edilib.

Qanna Malyar bəyan edib ki, bu məlumatlar proqnozlaşdırılır və dəqiq də ola bilər: "Çünki döyüş vaxtı bu məlumatları əldə etmək olduqca çətindir. Hazırda komandirlər ilk növbədə döyüşə diqqət yetirirlər".

BAKU.WS