SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynadakı müharibə zamanı (24, 25, 26 fevral tarixlərində) Rusiyanın 27 təyyarəsi, 26 helikopteri, 146 tankı vurulub. 

BAKU.WS xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri müavini Anna Malyar Rusiyanın verdiyi itkilər barədə danışarkən deyib. 

O bildirib ki, həmçinin 706 zirehli döyüş maşını, 49 topu, 1 “Buk” ZRK-sı, 30 hərbi avtomobili, 2 gəmi/qayığı məhv edilib.

BAKU.WS