SİZİN REKLAM BURADA!
055 213 76 73


“Belə bir praktika var ki, düşmən qoşunları paytaxta yaxınlaşır. Orada iğtişaş yaratmaq və əhaliyə psixoloji təzyiq göstərmək üçün səy göstərirlər. Bu hadisə Kiyevdə baş versə də, kütləvi olmadı".

BAKU.WS xəbər verir ki, bunu UNİAN-a Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib:

"Rus xuliqanlarının bir qrupu Obolonda, bir hissəsi isə Lukyanovkada idi. Bildiyim qədər Peçerskdə qısamüddətli atışma oldu, dərhal dayandı. Bu səhər haqqında danışırıq. Tez zərərsizləşdirildilər. Ukraynanın Təhlükəsizlik Xidməti və Milli Qvardiya peşəkarcasına işləyir".

Ukrayna prezidentinin müşaviri əlavə edib ki, diversantların bir qrupu məhv edilib, digər qrupu isə saxlanılıb: "Saat 12:20-yə olan məlumata görə, Kiyevdə atışma yoxdur. Yeni siqnallar yoxdur. Yəqin ki, haradasa diversantlar var, amma sakitləşiblər".

BAKU.WS