Ermənistan prezidentliyinə namizəd irəli sürüldü

Ermənistan prezidentliyinə namizəd irəli sürüldü
Siyasət 112

Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib.

Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar tarixində verdiyi istefa ərizəsi Alen Simonyan tərəfindən bu gün imzalanıb.

Son xəbərlər