SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstan Sərhəd Xidməti Akademiyasının rəisi Pavel Polivanov qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, silahlı iğtişaşçılar Pavel Polivanovu akademiyanı ələ keçirmək cəhdi zamanı öldürüblər.

Buna qədər kursantlar radikallara qarşı silahlı müqavimət göstəriblər.

Kursantlardan biri döyüş zamanı video çəkərək valideynlərini sevdiyini və öləcəyini deyib.

Qeyd edək ki, Qazaxıstanda iğtişaşlar yanvarın 2-dən səngimir. Şiddətli toqquşmalar Atırau, Almatı və ölkənin digər şəhərlərində gedir. Ölkədə artan etirazlar fonunda mobil internet müvəqqəti olaraq kəsilib. İğtişaşlar nəticəsində 18 təhlükəsizlik işçisi həlak olub.

BAKU.WS
VİDEO