SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT ballistik raketin buraxılışı fonunda Koreya Xalq Demokratik Respublikasını (KXDR) yarımadanın nüvəsizləşdirilməsi üzrə danışıqları bərpa etməyə çağırıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"BMT-nin Baş katibi raket buraxılışından xəbərdardır və hesab edir ki, diplomatik əlaqə və danışıqlar Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsinə nail olmaq üçün yeganə yol olaraq qalır", - Düjarrik qeyd edib.

Xatırladaq ki, KXDR bu gün yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.

BAKU.WS