VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında iki dövlətin sərhədində silahlı toqquşma baş verib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti öz elektron versiyasında məlumat yayıb.

“Üç gün əvvəl türkmən sərhədçiləri bir mülki şəxsi öldürüb, digərini döyüblər. İnsidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq “Taliban” döyüşçüləri atəş açıblar”, - deyə məlumatda bildirlib.

Qeyd olunub ki, Türkmənistan sərhədçiləri ilə “Taliban” arasında atışma bazar ertəsi səhər Cövzcan vilayətinin Həmab rayonunda baş verib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən ilin dekabrında Əfqanıstan - İran və Əfqanıstan - Pakistan sərhədlərində də “Taliban” yaraqlılarının iştirakı ilə oxşar hadisələr baş verib.

BAKU.WS