Azərbaycanlı "İnstagram" üstündə türkiyəli gənci öldürdü - VİDEO

Türkiyənin İstanbul şəhərində Nəbi.B adlı Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.
BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Məlumata görə, İstanbulda bərbər işləyən azərbaycanlı dekabrın 16-da mübahisə zamanı Yasin Semih Demirok adlı şəxsə atəş açaraq onu qətlə yetirib.
Tərəflər arasında mübahisə ölən şəxsin "İnstagram"da sevglisinin adı ilə Azərbaycan vətəndaşına yazması olub. Sevgilisini qısqanan Yasin bir müddət sosial şəbəkədə Nəbi ilə yazışıb və ardınca onu parka çağırıb.
Gənclər arasında mübahisə sonradan əlbəyaxa davaya, ardınca isə Nəbinin atəş açmasına səbəb olub. Polis hadisə yerindən qaçan Azərbaycan vətəndaşının axtarışlarına başlayıb.
Qalereya
Oxşar xəbərlər
Almaniyada azərbaycanlı qətlə yetirilib
Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Qr...
