SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan məktubu olduğu kimi təqdim edirik:

"Əziz və sevimli azərbaycanlı həmvətənlilərim. Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili".

BAKU.WS
QALEREYA