SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi “YouTube” kanalında ən çox baxılan ev heyvanı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.

BAKU.WS xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, “YouTube” kanalının ən populyar ev heyvanıdır.

Bildirilir ki, “Motimaru's Diary” kanalı 2019-cu il noyabrın 30-da yaradılıb. Motimarunun sahibi ilk günlər onun gündəlik videolarını paylaşıb. Pişiyin layf-kontenti tezliklə izləyicilərin xoşuna gəlib və o, çoxlu sayda abunəçi toplayıb. Hazırda “Motimaru's Diary” kanalının 1,4 milyon sadiq pərəstişkarı var.

Motimarunun sahibi pişiyinin məşhurluğunu onun mehriban görünüşü və parlaq mimikası ilə izah edir.

BAKU.WS