SİZİN REKLAM BURADA!
055 213 76 73


2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılan və uzun müddət komada qalan əfsanəvi Formula 1 pilotu Mixail Şumaxerdən xəbər var.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, yeddiqat dünya çempionunun həyat yoldaşı Korinna Şumaxer Fransanın “Tele-Louisirs” televiziyasına onun son vəziyyəti barədə məlumat verib.

O, bildirib ki, ailədə hər kəs Mixail üçün darıxır.

“Müalicə davam edir. Onun vəziyyətini yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. O, hər zaman bizi qorudu, indi də biz onu qoruyuruq”, -deyə Korinna bildirib.

Xanım Şumaxer baş verənlərə görə heç vaxt tanrını qınamadığını, hadisəni şanssızlıq kimi qiymətləndirdiyini də qeyd edib.

BAKU.WS