Ermənistanın regionları boşalır: Ermənilər ən çox Zəngəzurdan qaçır
Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.
Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.
Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Belə ki, Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir.
Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.
Oxşar xəbərlər
BAKU.TV-nin “Qarabağ xronikası” erməni generalının istefasına səbəb oldu - VİDEO
BAKU.TV-nin efirində yer alan tanınmış “Qarabağ xronikası” layihəsinin iyunun 29-da efirə gedən “Azərbaycana “buynuz göstərən” erməni generalı” başlıqlı 36-cı b...