VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Əfqanıstandan mülki şəxslərin və hərbçilərin çıxarılması əməliyyatını başa vurub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın bu ölkədəki səfiri Lori Bristou bildirib.

Onun sözlərinə görə, avqustun 13-dən etibarən Birləşmiş Krallıq hökuməti Əfqanıstandan təxminən 15 min mülki şəxsi və min hərbçini çıxarıb.

“Əməliyyatın bu mərhələsinə son qoymağın vaxtı çatıb. Amma biz hələ də ölkəni tərk etmək istəyən insanları unutmamışıq. Onlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Həmçinin Əfqanıstanın cəsur və ləyaqətli insanlarını da unutmamışıq. Onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”, - Bristou Kabul hava limanından videomüraciətində bildirib.

BAKU.WS