SİZİN REKLAM BURADA!
055 213 76 73


"Taliban"ın mətbuat nümayəndəsi Əbdul Hak Həmmad "Tolo news TV"də qadın aparıcıya açıqlamalar verib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Həmmad zaman keçdikcə ölkədə təhlükəsizliyin daha çox artırılacağını bildirib.

""Taliban" bütün hökumət işçilərindən, nazirlər və sədrlər xaric işlərinə qayıtmalarını istəyir. Son 20 ildə ölkəni talayanlar, yadlara satanlar və ölkəyə xəyanət edənlər qorxur, ya da qaçdı. Əvvəllər küçələrdə 4-dən sonra gəzə bilmirdiniz, amma indi Əfqanıstanda günün 24 saatı gəzə bilərsiniz. Bu böyük dəyişiklikdir", - deyə sözçü bildirib.

Həmmad onu da qeyd edib ki, sabiq prezident Əşrəf Qəni ölkədən qaçarkən özü ilə 60 mln. dollar götürdüyünü, 40 mln. dolları isə Kabil hava limanında tərk etdiyini vurğulayıb.

BAKU.WS