SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gündən başlayan daşqın 4 ölkədə həyatı iflic edib və kütləvi insan ölümünə səbəb olub.

BAKU.WS “Bild” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlardan sonra Almaniyada yaranan sel 80 nəfərin ölümünə səbəb olub.

Almaniya hüquq-mühafizə orqanlarından “Bild” qəzetinə verilən açıqlamada bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı istisna olunmur.

Almaniyanın federal kansleri Angela Merkel də hadisə ilə bağlı açıqlama vermişdi. O, bunun böyük təbii fəlakət olduğunu bildirmişdi.

Bundan başqa, sel Hollandiya, Belçika və Lüksenburqda bəzi bölgələrə ciddi ziyan vurub. Ərazilərə xilasedicilər və hərbçilər cəlb olunub.

Belçika və Almaniya sərhədindəki evlərdə yaşayan əhali təcili təxliyə olunur.

Təbii fəlakət nəticəsində minlərlə insanın itkin düşdüyü bildirilir.

BAKU.WS
VİDEO

QALEREYA