VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Kıraçın AVRO-2020 oyunlarında türkiyə futbol komandasına dəstək olmaq üçün lentə aldırdığı “Haydi” marşının klipi gündəm olub.

BAKU.WS xəbər verir ki, ekran işində yer alan kadrlardan birində Kıraçın 8 əksi yer alıb. Azarkeşlər onun türkiyəli futbloçuların AVRO-2020 yarışlarında məğlub olacağını əvvəldən bildiyini və buna görə klipdə belə görüntünün yer aldığını bildiriblər.

Onlar “AVRO 2020-də Türkiyə komandasının buraxdığı qolları görmək üçün Kıraçları saymaq kifayət idi”, “Klipdəki 8 Kıraça qarşılıq 8 qol buraxdıq və bu işi belə yekunlaşdırdıq”, “Klipdə 8 Kıraç, meydanda isə 8 qol...”, “Kıraçın klipində 8 əksi yer alanda başa düşməliydik” kimi şərhlər yazaraq sənətçinin ekran işini məsxərəyə qoyublar.

Sosial şəbəkə istifadəçilərinin bu tənqidləri mətbuatda böyük səs-küyə səbəb olub. Bununla da Kıraçın dəstək marşı yenidən gündəmə gəlib.

Qeyd edək ki, “Haydi” marşının söz və musiqisi Kıraça məxsusdur.

BAKU.WS
VİDEO