SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli şoumen Mehmet Ali Erbillə müğənni Seda Sayan arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, əvvəl Erbil sənətçi haqqında nalayiq sözlər söyləyərək onun namusuna söz atıb:

“Keçmişdə əxlaqsız qadın olan Seda Sayanı kanallar efirə çıxarır. Reytinqi olmayan bu insan bir çox televiziya verilişlərində aparıcılıq edib”.

Bundan sonra Seda Sayan şoumen haqqında qalmaqallı açıqlama verib. O, Erbilin evində olan qulluqçuya təcavüz etdiyini bildirib:

“Tuğba ilə evli olduğun zaman evdəki çalışan günahsız qıza təcavüz etdiyini gizlətdiyim üçün əxlaqsız olduğum doğrudur. Məncə, öz işinə bax”.

Mehmet Ali isə təcavüz etdiyini etiraf edərək bu səbəbdən ailəsinin dağıldığını, lakin baş verənlərə görə özünü günahkar hiss etmədiyini bildirib.

Qeyd edək ki, Mehmet Ali uzun müddət yataq xəstəsi olub. Digər sənətçi dostları onun səhhəti ilə maraqlansa da, yaxın dost olduğu halda Seda Sayan bir dəfə də olsa onu ziyarətə gəlməyib.

BAKU.WS