SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində ağlasığmaz cinayət törədilib.

BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, Büyükçekmece bölgəsində yaşanan hadisə zamanı Alpaslan Aslan adlı şəxs həyat yoldaşı Nubar Aslanla 1 ildir eşq yaşayan Süleyman Akbabanı 8 hissəyə ayıraraq parçalara bölüb. Daha sonra cəsədi sellofanlara yığaraq yol kənarına atıb.

Keçirilən axtarış əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin Alpaslan Aslan olduğu aşkarlanıb. Cinayəti törədərkən ona 3 nəfər də kömək edib.

Ötən gün baş tutan məhkəmədə hadisə şahidləri dinlənilib.

Alpaslanın həyat yoldaşı Nubar Aslan da təqsirləndirilən şəxs qismində saxlanılıb. O, “cinayət hadisəsi ilə heç bir əlaqəm yoxdur, tək günahım həyat yoldaşıma xəyanət etməkdir”, - deyə açıqlama verib.

Əri Alpaslan Aslan isə sadəcə yaşanan hadisənin qurbanı olduğunu bildirib.

Məhəkəməyə təqdim edilən şikayət ərizəsində Alpaslan Aslanın ömürlük, ona kömək edən digər iki şəxsin 5 ildən 6 ilə, Nubar Aslanın isə 15 ildən 20 ilə qədər həbs edilməsi tələb edilir.

Hakim isə təqsirləndirilən şəxslərin həbsinin davam etdirilməsinə və məhkəmə prosesinin növbəti aylarda yenidən keçiriliməsinə qərar verib.

BAKU.WS
QALEREYA