Qəzzada ölənlərin sayı 140 nəfəri keçdi

15
may
2021
15:55
İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140 nəfəri keçib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "France 24" kanalı məlumat yayıb.
İsrailin hücumları zamanı ölənlərin 39-u uşaqdır. İndiyə qədər 950 nəfər bu hücumlarda yaralanıb.
"The Jerusalem Post"un xəbərinə görə isə "Həmas"ın İsrailə endirdiyi raket zərbələri nəticəsində mayın 10-dan bu günədək 10 mülki vətəndaş və 1 hərbçi həlak olub. Ölənlər arasında 2 uşaq var.
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-a aid strateji obyektləri məhv etdi - VİDEO
Ötən gecə İsrail ordusu HƏMAS-a məxsus strateji əhəmiyyətli binalara zərbələr endirib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, İsrail ordusunun “Twitter” hes...